Cəmşid Sərdarlı — korporativ, kommersiya və beynəlxalq hüquq sahəsində 18 ildən artıq zəngin təcrübəyə malik, strateji hüquqi həlləri ilə seçilən ekspert və "Alliance Legal Center"in təsisçisidir. Peşəkar fəaliyyəti boyunca o, təkcə özəl sektorda deyil, həm də diplomatik korpuslar, beynəlxalq təşkilatlar və dövlət orqanları üçün yüksək səviyyəli hüquqi məsləhət xidmətləri təqdim edərək, dövlət-biznes münasibətlərində etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır.
Onun ixtisaslaşma sahəsi Müdafiə, Təhlükəsizlik, Enerji və Mədənçilik kimi dövlət əhəmiyyətli strateji sahələri əhatə edir. C.Sərdarlı mürəkkəb dövlət layihələrində, beynəlxalq müqavilələrin hüquqi ekspertizasında və diplomatik protokollara uyğun hüquqi çərçivələrin qurulmasında dərin praktiki bazaya malikdir. Böyük Britaniyada (Westminster Universiteti) aldığı magistr təhsili və hazırda Harvard Universitetində davam etdirdiyi "Menecment və Liderlik" proqramı onun hüquqi yanaşmasını qlobal idarəetmə və rəhbərlik standartları ilə kamil şəkildə uzlaşdırır.
“İZ” Şirkətlər Qrupunun təsisçisi Cəmşid Sərdarlı, daşınmaz əmlak, investisiya, turizm, insan kapitalı və ticarət sahələrində ixtisaslaşan “Alliance” brendləri ilə “Ezze Projects”i əhatə edən geniş biznes portfelinin sahibidir. Qrup, xüsusilə beynəlxalq investorlar və qlobal korporasiyalar üçün mürəkkəb əməliyyatların optimallaşdırılmasını və yüksək standartlı xidmət inteqrasiyasını təmin edən unikal bir ekosistem formalaşdırmışdır.
O, Avropa Korporativ Hüquqşünaslar Assosiasiyasının (ECLA) üzvüdür. Beynəlxalq arbitraj, insan hüquqları və strateji idarəetmə üzrə qlobal nüfuzlu təşkilatların (BMT, Avropa Şurası, Norton Rose Fulbright) sertifikatlı mütəxəssisidir.
Təhsil
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - Hüquq üzrə Bakalavr dərəcəsi.
Westminster Universiteti - Biznes Hüququ üzrə Magistr dərəcəsi.
Harvard Universiteti - Menecment və Liderlik üzrə ixtisasartırma və inkişaf proqramı — hal-hazırda davam edir.
Beynəlxalq Nüfuz və Sertifikatlar
Almaniya (Berlin): İdarəetmə kadrlarının ixtisas artırılması üzrə beynəlxalq sertifikat.
Strasburq (Fransa): Avropa Şurası tərəfindən insan hüquqları və antidiskriminasiya üzrə ixtisaslaşma.
Dil Bilikləri
Azərbaycan (Ana dili), İngilis (Peşəkar hüquqi səviyyə), Rus (İşgüzar) Türk (Sərbəst)