Samir Məmmədov beynəlxalq arbitraj, investor-dövlət mübahisələrinin həlli və korporativ hüquq sahələrində ixtisaslaşmış peşəkar hüquqşünasdır. O, 2026-cı ildən etibarən ALC-də fəaliyyət göstərir, yerli və beynəlxalq miqyaslı mübahisələrin tənzimlənməsi, habelə müqavilə hüququ istiqamətində hüquqi xidmətlər təqdim edir.
Təhsili və Akademik Fəaliyyəti
Bolonya Universiteti (İtaliya): Hüquq, Maliyyə və İqtisadiyyat proqramı üzrə Hüquq magistri (LL.M.) dərəcəsi — Fərqlənmə diplomu ilə.
Bakı Dövlət Universiteti: Hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsi (LL.B.).
Magistratura səviyyəsində apardığı elmi-tədqiqat işini investor-dövlət mübahisələrinin həllində şəffaflıq məsələsinin mülki prosessual hüquq və beynəlxalq xüsusi hüququn müqayisəli təhlili müstəvisində həyata keçirmişdir. Eyni zamanda, akademik biliklərini ixtisaslaşdırılmış beynəlxalq proqramlarla dərinləşdirmişdir:
- Beynəlxalq məhkəmə çəkişmələri və arbitraj üzrə yay məktəbi (Bolonya Universiteti, 2023).
- Beynəlxalq arbitraj üzrə yay məktəbi (Central Asia Vis Alumni Association, 2025).
Peşəkar Təcrübəsi
Samir Məmmədov məhkəmə proseslərinə peşəkar dəstək və mürəkkəb hüquqi sənədlərin tərtibi sahəsində geniş praktiki təcrübəyə malikdir. O, birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri üçün iddia ərizələrinin, şikayətlərin hazırlanması, müqavilə layihələrinin tərtili və hüquqi ekspertizası, eləcə də dövlət orqanları və məhkəmə icraçıları ilə rəsmi yazışmaların idarə edilməsi istiqamətində uğurlu təcrübə qazanmışdır.
Karyerası ərzində müxtəlif aparıcı hüquq şirkətlərində, həmçinin Sumqayıt Şəhər Məhkəməsi daxil olmaqla məhkəmə və icra hakimiyyəti orqanlarında staj və təcrübə keçmişdir.
Beynəlxalq Nailiyyətlər və Tədqiqat İstiqamətləri
30-cu Willem C. Vis Beynəlxalq Kommersiya Arbitrajı Moot Müsabiqəsi: Spiker və memorandum müəllifi qismində iştirak.
Topçubaşov Moot Court Müsabiqəsi (2019): Müsabiqənin qalibi və "Ən yaxşı Cavabdeh Memorandumu" nominasiyasının laureatı.
Əsas hüquqi profili ilə yanaşı, ekologiya hüququ və dayanıqlı inkişaf sahəsində elmi tədqiqatlar aparır. Dairəvi iqtisadiyyat və tullantıların idarə olunmasında hüquqi tənzimləmə mövzusundakı elmi məqaləsi UNEC-də keçirilən ICRESS konfransında təqdim olunmuş və konfrans materiallarında dərc edilmişdir.
Dil Bilikləri
- Azərbaycan dili (Ana dili)
- İngilis dili (Sərbəst – C1/C2)
- İtalyan dili (Orta)
- Rus dili (Başlanğıc)