Rəhim Abbaszadə
Rəhim Abbaszadə - Vəkil / Partniyor

Rəhim Abbaszadə

Vəkil / Partniyor

Profil

Rəhim Abbaszadə mülki, kommersiya və inzibati hüquq sahəsində dərin nəzəri biliyə və fundamental məhkəmə-icraat təcrübəsinə malik aparıcı vəkildir. O, uzun illər AR Ədliyyə Nazirliyində Baş icra məmuru vəzifəsində çalışaraq, məhkəmə qərarlarının icrası mexanizmlərinin idarə olunması sahəsində 15 illik peşəkar təcrübəyə yiyələnmişdir. Dövlət icra aparatındakı xidməti ona icraat sisteminin daxili prosedur qaydalarına dərindən bələd olmaq imkanı qazandırmışdır.
R.Abbaszadə xüsusilə borcların yığılması (debt collection) üzrə geniş təcrübəyə sahibdir. O, problemli aktivlərin bərpası, kollektor fəaliyyətinin hüquqi tənzimlənməsi və mürəkkəb icraat proseslərinin idarə edilməsi sahəsində peşəkar ekspertdir. Alliance hüquq şirkətinin partnyoru olaraq o, müştərilərin maliyyə iddialarının real nəticəyə çevrilməsi və məhkəmə qərarlarının səmərəli icrası istiqamətlərinə rəhbərlik edir.

Əsas İxtisaslaşma Sahələri:
• Problemli borcların yığılması strategiyalarının qurulması, borclu şəxslərin aktivlərinin izlənilməsi və geri qaytarılması.
• İcra sənədlərinin icraya yönəldilməsi, hərracların təşkili və dövlət icra qurumları ilə işin koordinasiyası.
• Mülki, iqtisadi və inzibati işlər üzrə bütün məhkəmə instansiyalarında peşəkar vəkillik xidməti.
• Dövlət orqanları ilə münasibətlər, vergi mübahisələri və inzibati qərarlardan şikayət icraatı.

Təhsil:
Bakı Dövlət Universiteti (BDU) – Hüquqşünaslıq.
Məhkəmə təcrübəsi və prosessual hüququn təkmilləşdirilməsi üzrə ixtisaslaşmış elmi-praktiki proqramların iştirakçısı.

Sertifikatlar və Nailiyyətlər:
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü.
Ədliyyə Nazirliyində Baş icra məmuru statusu ilə qazanılmış 15 illik peşəkar icraat təcrübəsi.
Borcların bərpası və aktivlərin hüquqi müdafiəsi sahəsində tanınmış ekspertiza.
Mürəkkəb mülki mübahisələrin məhkəmədənkənar həlli (Mediasiya) üzrə uğurlu praktika.

Dil Bilikləri:
Azərbaycan (Ana dili)
Türk (Sərbəst)













office@alc.az

Baku, Azerbaijan

+994 55 313 00 08

ALC Chatbot ilə Söhbət

Salam! 👋
Bu gün sizə necə kömək edə bilərəm?
WhatsApp Logo