Müasir startaplar və sahibkarlar üçün texnologiyaya çıxış böyük əhəmiyyət kəsb edir. Texnologiyaları tətbiq etməyən və onlardan istifadə imkanlarına çıxışı olmayan innovatorlar yeni məhsul və xidmətlər yaratmaqda, innovativ həllər təqdim etməkdə ciddi çətinliklərlə üzləşirlər. Bu isə onların bazar rəqabətliliyini azaldır və biznes proseslərinin rəqəmsal transformasiyaya uyğun inkişafını əngəlləyir
Hazırda adi radioqəbuledicilərin qeydiyyatı üçün sahibkarlar müxtəlif dövlət qurumlarına müraciət etməli və onların razılığını əldə etməlidirlər. Bu prosedur sahibkarların 2-3 ay vaxtını alır və nəticədə həm mülki dövriyyənin məhdudlaşmasına, həm də sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ layihələrin tətbiqinə ciddi əngəllər yaradır.
Son illərdə dron texnologiyalarının sürətlə inkişafı və müxtəlif sahələrdə geniş tətbiqi bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da diqqət mərkəzindədir. Dronlar kənd təsərrüfatından inşaat və logistika, media və təhlükəsizlik sahələrinə qədər müxtəlif məqsədlərlə istifadə olunur. Lakin onların qanuni və təhlükəsiz istifadəsi üçün düzgün qeydiyyat prosesi zəruridir.
Azərbaycan Respublikasında dronların qeydiyyatı mürəkkəb və çoxpilləli bir prosesdir. Dronlardan əsasən sahibkarlıq məqsədilə istifadə olunduğu üçün, onların qeydiyyatı Dövlət Mülki Aviasiya Agentliyi başda olmaqla, ümumilikdə altı müxtəlif dövlət orqanından həyata keçirilir; bu siyahıya bir neçə hüquq-mühafizə orqanı da daxildir.
Məlum olduğu kimi dronlardan həmişə yalnız xeyirxah məqsədlərlə istifadə olunmur; onların vasitəsilə bir ölkədən digərinə narkotik maddələrin daşınması və sair bu kimi cinayətkar fəaliyyətlər də həyata keçirilə bilər. Bu səbəbdən Azərbaycan dövləti dronlarla bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır.
Dronların istifadəsi milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb etdiyi üçün bütün müraciətlər hüquq-mühafizə orqanları tərəfindən diqqətlə yoxlanılır və son nəticədə çətin olsada qeydiyyat prosesinin düzgün aparılması sahibkarlara dronlardan öz biznes məqsədləri üçün qanuni və rahat şəkildə istifadə etməyə imkan yaradır.
Mürəkkəb dron qeydiyyatı prosesində Alliance Legal Center (ALC) müştərilərinə hərtərəfli hüquqi dəstək təqdim edir. ALC yalnız qanuni tələblərə əməl etməklə kifayətlənmir; dron qeydiyyatının bütün mərhələlərində — hüquqi konsultasiyadan və ilkin araşdırmaların aparılmasından başlayaraq ərizələrin və müraciətlərin hazırlanmasına, eləcə də qeydiyyat sertifikatının alınmasına qədər — tam və effektiv hüquqi xidmət göstərir.
Müəllif: Aqşin Qurbanlı
Azərbaycan Respublikasında Dronların, Rəqəmsal Transformasiya və Radioelektron Vasitələrin Qeydiyyatı: Hüquqi və Təhlükəsizlik Aspektləri
English
Русский
Türkçe
中文