Azərbaycan Respublikasında İnvestisiya Təşviqi Sənədi
Müəllif: Fidan Allahverdiyeva
İnvestisiya Təşviqi Sənədi — bu, dövlət tərəfindən verilən və xarici və ya yerli investorlara müəyyən üstünlüklər və təşviqlər təqdim edən rəsmi sənəddir. Bu sənəd, investisiya layihəsinin həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq və xarici investisiyaların ölkəyə cəlb olunmasını stimullaşdırmaq məqsədilə verilir.
İnvestisiya Təşviqi Sənədi, Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və yerli iqtisadiyyatın gücləndirilməsi məqsədilə tətbiq edilən xüsusi hüquqi sənəddir. Bu sənəd, sahibkarlıq subyektlərinə – o cümlədən xarici investorlara – ciddi vergi və gömrük güzəştləri təqdim edir. Bu sənəd, həm investorların hüquqlarını və maraqlarını qorumağa, həm də ölkənin iqtisadi inkişafını sürətləndirməyə xidmət edir.
Əlavə olaraq, bu sənədin alınması üçün müəyyən şərtlər və tələblər mövcuddur və onun verilməsi xüsusi dövlət orqanları tərəfindən həyata keçirilir. İştirakçıların və investorların maraqlarını qorumaq və layihələrin uğurlu həyata keçirilməsini təmin etmək məqsədilə, investisiya təşviqi sənədi çox vacib hüquqi və inzibati sənəddir.
İnvestisiya Təşviqi Sənədi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir və investisiya layihəsinin dəyəri, məqsədi, coğrafiyası və digər şərtlərinə əsasən qiymətləndirilir.
İnvestisiya Təşviqi Sənədin Məqsədi Nədir?
1) Yerli və xarici sərmayələrin cəlb olunması;
2) İstehsal və emal sənayesinin inkişafı;
3) Yeni iş yerlərinin yaradılması;
4) Regionların iqtisadi inkişafının sürətləndirilməsi;
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər investisiya təşviqi sənədini ala bilərlər. Bunun üçün aşağıdakılar nəzərə alınmalıdır:
1) Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər.
2) Minimum investisiya məbləğini (adətən 100.000–500.000 AZN) təmin etməlidirlər (məbləğ sektordan və regiondan asılı olaraq dəyişə bilər)
3) Azərbaycanda investisiya mühiti regionlara görə fərqlənə bilər — Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə regionlarda daha çox güzəşt tətbiq edilir.
İnvestisiya təşviqi sənədinin əldə edilməsi üçün şərtlər:
1) Layihənin uyğunluğu: Sənədin alınması üçün, layihənin ölkənin iqtisadi prioritetləri və inkişaf strategiyası ilə uyğunluğu, vəzifə və tələblərə cavab verməsi vacibdir.
2) Ərizə və sənədlər: Layihənin təsviri, texniki və iqtisadi göstəricilər, hüquqi və maliyyə sənədləri və digər lazımi məlumatlar ilə müraciət edilməlidir.
3) İcra orqanlarının razılığı: Layihənin ətraflı qiymətləndirilməsi və müvafiq dövlət orqanlarının razılığı alınmalıdır.
4) Qanuni tələblərə riayət: Sənədin verilməsi üçün, bütün hüquqi və inzibati tələblər və prosedurlar tam şəkildə yerinə yetirilməlidir.
İnvestisiya Təşviqi Sənədi ilə Təqdim Olunan Güzəştlər:
1) ƏDV güzəşti (7 il): İxrac edilən texnika, avadanlıq və qurğular üçün ƏDV tətbiq edilmir. Bu güzəşt, investisiya layihələrinin maliyyətini azaldaraq, investorların daha sərfəli şərtlərlə fəaliyyət göstərmələrinə imkan yaradır.
2) Vergisi güzəşti (7 il): Fərdi sahibkarlar üçün gəlirin 50%-i, hüquqi şəxslər üçün isə mənfəətin 50%-i vergidən azad edilir. Bu güzəşt, investorların vergi yükünü yarıbayarı azaldaraq, sərmayə qoyuluşlarının geri dönüşünü sürətləndirir.
3) Əmlak və torpaq vergisi güzəşti (7 il): Müvafiq əmlak və torpağa görə tam vergi azadlığı.Bu güzəşt, investorların daşınmaz əmlak və torpaq üzərindən vergi öhdəliklərini aradan qaldıraraq, əlavə maliyyə yüklərindən qoruyur.
4) Gömrük güzəşti (7 il): İxrac edilən texnika, texnoloji avadanlıqlar və qurğular üçün gömrük rüsumu tətbiq edilmir. Bu güzəşt, investorların idxal etdiyi avadanlıqların gömrük rüsumlarından azad olunması ilə layihə xərclərini azaldır.
İnvestisiya təşviqi sənədi aşağıdakı sahələrdə təqdim olunur:
1. Sənaye və turizm
2. Dövlətin iqtisadi siyasətindəki prioritet sahələri
3. İnformasiya və kommunikasiya texnologiyaları (İKT): Rəqəmsal iqtisadiyyatın inkişafı və innovasiyaların təşviqi.
4. Kənd təsərrüfatı və aqrobiznes: Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafı.
5. İnfrastruktur layihələri: Yol, su, enerji və digər infrastruktur sahələrinin inkişafı.
6. Turizm və qonaqpərvərlik: Turizm sektorunun inkişafı və beynəlxalq tədbirlərin təşkili.
7. Yaşıl iqtisadiyyat və ətraf mühitin qorunması: Bərpa olunan enerji və ətraf mühitin qorunması sahəsində layihələr.
8. Azad iqtisadi zonalar və sənaye parkları
9. Bakı, Sumqayıt, Gəncə, Abşeron və azad edilmiş ərazilər xaricindəki regionlar
2024-cü ildən etibarən, investisiya təşviqi sənədi 13 strateji sahədə həyata keçirilən layihələrə də təqdim olunur.
• Yerli xammal bazasına əsaslanan istehsal layihələri
• Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı
• Tullantıların idarə olunması və təkrar emalı
• Dəniz suyunun duzsuzlaşdırılması
• Özəl sənaye məhəllələrinin yaradılması
• Özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri
• “Azərbaycanda ilk” layihələri (Qeyd: Bunlar, Azərbaycanda daha əvvəl istehsal olunmamış və ya tətbiq edilməmiş məhsul, xidmət və ya texnologiyanı təqdim edən layihələrdir.)
• Hava gəmilərinin istismarı və texniki xidmət göstərilməsi
• Dəmir yolunun hərəkət tərkibinin təmiri və ehtiyat hissələrinin istehsalı
• Hərbi təyinatlı məhsulların istehsalı
• Alüminium məhsullarının istehsalı
• Dövlət-özəl tərəfdaşlığı layihələri
• COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi
İnvestisiya təşviqi sənədinin alınması üçün aşağıdakı sənədlər tələb olunur:
1) Biznes planı (investisiya layihəsi)
2) 10% ilkin sərmayənin yatırıldığını təsdiq edən sənəd
3) Vergi ödəyicisi kimi qeydiyyat şəhadətnaməsinin surəti
Bu sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim edilməlidir. Müraciət 5 iş günü ərzində baxılır.
English
Русский
Türkçe
中文